Pressa.az » Siyasət » Bu ölkədə “Şuşa” parkı salınacaq

Bu ölkədə “Şuşa” parkı salınacaq

12 fevral 2026, Cümə axşamı, 10:06
Bu ölkədə “Şuşa” parkı salınacaq

Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkı salınacaq.

Bu barədə Liderxeber.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan-Bolqarıstan hökumətləri və Veliko Tırnovo bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində parkın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Şuşa” parkı layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi qeyd olunub.