Pressa.az » Siyasət » “Zəngəzur dəhlizi Ağ Evdə imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”

“Zəngəzur dəhlizi Ağ Evdə imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”

01 iyun 2026, Bazar ertəsi, 11:13
“Zəngəzur dəhlizi Ağ Evdə imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”

“Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq”.

Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.