Zakir Həsənov Pakistana başsağlığı verdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
Liderxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
“Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi. Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”, - başsağlığında deyilir.
Oxşar Xəbərlər:
18 noy 2023, 11:51
26 dek 2024, 14:52
01 may 2023, 13:52
23 dek 2023, 11:26
