Tacikistanın xarici işlər naziri: “Qardaş Azərbaycanla möhkəm münasibətlərimiz var”
"Çox xoşbəxtəm ki, iki qardaş ölkə olan Azərbaycan, Tacikistan arasında həqiqi köklərə dayanan məhsuldar və möhkəm münasibətlər var".
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin deyib.
"Qardaş ölkəmiz olan Azərbaycanla sözün həqiqi mənasında çox gözəl əməkdaşlığımız var”, - nazir vurğulayıb.
“Azərbaycanı çox sevirik, Bakının gözəlliyinə heyranıq. Mən daha öncə Bakıda olmuşam, Azərbaycan paytaxtının gözəlliyi məni heyran edib. Ümidvaram ki, yaxın zamanda yenidən gözəl Bakınızı ziyarət edəcəyəm”, - Tacikistanın xarici siyasət idarəsinin rəhbəri deyib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
18 sentyabr 2023, Bazar ertəsi
Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq