Almaniya Kansleri Mərkəzi Asiyanın beş ölkəsinin prezidentləri ilə görüşəcək
Almaniya Kansleri Olaf Şolts sentyabrın 29-da Berlində beş Mərkəzi Asiya ölkəsinin prezidentləri ilə görüş keçirəcək.
LiderXəbər xəbər verir ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilk dəfədir Avropa İttifaqına üzv olan dövlətin başçısı ilə birgə danışıqlar aparacaqlar.
Almaniya hökuməti daha əvvəl bildirmişdi ki, görüşdə xüsusilə ikitərəfli münasibətlər, iqtisadi əlaqələr və enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.
Daha əvvəl Şolts və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında ikitərəfli danışıqlar olub. Danışıqlarda Qazaxıstan Prezidenti “Drujba” kəməri ilə neft nəqlinin həcmini artırmağa hazır olduğunu açıqlayıb.
Mərkəzi Asiya ölkələrinin liderləri may ayında Çin sədri Si Cinpinlə görüşdə iştirak ediblər.