Pressa.az » Siyasət » Parlament Niderland hökumətini Ermənistanın Aİ-dən hərbi dəstək almasına müsbət yanaşmağa çağırıb

Parlament Niderland hökumətini Ermənistanın Aİ-dən hərbi dəstək almasına müsbət yanaşmağa çağırıb

18 oktyabr 2023, Çərşənbə, 16:02
Parlament Niderland hökumətini Ermənistanın Aİ-dən hərbi dəstək almasına müsbət yanaşmağa çağırıb

Niderlandın Nümayəndələr Palatası hökuməti Ermənistanın Avropa İttifaqından hərbi dəstək üçün istənilən müraciətinə müsbət yanaşmağa çağıran təklifə səs verib.

LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bildirib.

“Dünən (17 oktyabr - red.) Nümayəndələr Palatası Niderland hökumətini Ermənistanın Aİ-dən hərbi dəstək üçün istənilən müraciətinə müsbət yanaşmağa çağıran təklifə səs verdi. Bu, qeyri-konstruktivdir, Azərbaycan və Ermənistan arasında sülhə, barışığa deyil, regionumuzun hərbiləşdirilməsinə gətirib çıxarır. Niderlandın Ermənistanın davamlı destruktiv mövqeyini gücləndirmək əvəzinə, onu nəhayət, regionumuzda dinc birgə yaşayışın qurulması səylərində xoş niyyətlə iştirak etməyə və diqqətini Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların yekunlaşmasına yönəltməyə təşviq etməsi vacibdir”, - azərbaycanlı diplomat qeyd edib.