XİN: Ermənistan İranda “3+3” formatında keçiriləcək görüşə dəvət alıb
Hökumət Tehranda Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün mümkünlüyünü nəzərdən keçirir.
LiderXəbər xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Ermənistan İrandan dəvət alıb və hazırda bu məsələni iranlı həmkarları ilə müzakirə edir: “Nazirlər səviyyəsində dəvət daxil olub və Ermənistan, Azərbaycan, Gürcüstanın Xarici İşlər Nazirliklərinə göndərilib”.
Kostanyan əlavə edib ki, “3+3” formatı həm də Türkiyə, İran və Rusiya nümayəndələrinin iştirakını nəzərdə tutur.
Oxşar Xəbərlər:
06 aprel 2023, Cümə axşamı
İranla Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması barədə razılığa gəlib
03 aprel 2023, Bazar ertəsi
Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri 3-4 aprel tarixlərində görüşəcək