Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri 3-4 aprel tarixlərində görüşəcək
Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri 3-4 aprel tarixlərində Moskvada görüşəcək.
Liderxəbər xəbər verir ki, bunu BMT sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı “Türk Evi”ndə jurnalistlərlə görüşü zamanı deyib.
Nazir qeyd edib ki, Suriya ilə bağlı danışıqlara Rusiya ev sahibliyi edir və dəstək göstərir:
“Bildiyiniz kimi İran da sonradan bu prosesə cəlb olunub. Misirə səfərim zamanı bildirdik ki, nazir müavinləri səviyyəsində görüş təxirə salınıb, lakin həmin görüşün vaxtı dəqiqləşib. Nazirlərin müavinləri səviyyəsində dördtərəfli görüş 3-4 aprel tarixlərində Moskvada baş tutacaq”, - deyə Çavuşoğlu bildirib.