Moskvada Rusiya, Türkiyə, Suriya və İran XİN rəhbərlərinin görüşü başlayıb
Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilir.
Liderxəbər xəbər verir ki, Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian iştirak edir.
Görüşdə əsasən, Türkiyə-Suriya münasibətlərini normallaşdırılması, terrorla mübarizə, Suriyada siyasi nizamlanmanın təşviqi, suriyalı qaçqınların təhlükəsiz şəkildə öz vətənlərinə qayıtmalar mövzuları müzakirə olunacaq.
XİN başçılarının iclasın gündəliyinə taxıl dəhlizinin təhlükəsizliyi məsələsi də daxil edilib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Suriya və İran formatında dördtərəfli danışıqlar ilk deyil. Bundan öncə, qeyd edilən ölkələrin müdafiə nazirləri və kəşfiyyat xidməti rəhbərlərinin səviyyəsində danışıqlar keçirilib.