Pressa.az » Siyasət » İranda "3+3" formatı çərçivəsində regional məsələlər müzakirə olunacaq

İranda "3+3" formatı çərçivəsində regional məsələlər müzakirə olunacaq

23 oktyabr 2023, Bazar ertəsi, 11:30
İranda "3+3" formatı çərçivəsində regional məsələlər müzakirə olunacaq

İran Yaxın Şərqdəki gərginliklər fonunda bu gün "3+3" formatı çərçivəsində Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi edəcək.

LiderXəbər "Reuters"ə istinadən xəbər verir ki, İran, Türkiyə və Rusiya xarici işlər nazirləri Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşərək sülh sazişi istiqamətindəki proqresi müzakirə edəcək.

İRNA xəbər agentliyi İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb ki, ölkələr regional məsələləri "qeyri-regional və Qərb ölkələrinin müdaxiləsi olmadan" müzakirə etmək istəyirlər.

Rusiyanın "İnterfax" xəbər agentliyi xarici işlər naziri Sergey Lavrovun görüşlə bağlı Tehrana səfər edəcəyi məlumatını yayıb.

Qeyd edək ki, Gürcüstan XİN ötən gün 3+3 təşəbbüsü çərçivisində Tehranda keçiriləcək görüşdə iştirak etməyəcəyini bəyan edib.