KİV: Paşinyan şəxsən Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırıb
Ermənistan Baş naziri Nikol Paşinyan şəxsən Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırıb.
LiderXəbər xəbər verir ki, bu barədə “Hraparak“ məlumat yayıb.
Azərbaycanın tələblərini irəli sürməsindən sonra Samvel Şahramanyan Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vasitəçiliyi ilə Baş nazir Nikol Paşinyanla telefon danışığı aparıb.
Paşinyan, lokal xarakterli antiterror tədbirləri zamanı Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb.
Oxşar Xəbərlər:
17 oktyabr 2023, Çərşənbə axşamı
Ceyhun Bayramov və Britaniya XİN rəhbəri Ermənistanla normallaşma prosesini müzakirə edib
12 oktyabr 2023, Cümə axşamı
Ceyhun Bayramovun baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
20 sentyabr 2023, Çərşənbə
Müdafiə Nazirliyi: "Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub"