Azərbaycan və Ermənistan XİN başçıları Tehranda qeyri-rəsmi görüş keçiriblər
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Tehranda “3+3” formatında danışıqlar çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü barədə məlumatı təsdiqləyib.
LiderXəbər “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
“Tehranda qeyri-rəsmi ünsiyyət olub. Bu, belə platformalar üçün adi haldır”, o deyib.
Qeyd edək ki, ötən gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib ki,
Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub.
Oxşar Xəbərlər:
06 aprel 2023, Cümə axşamı
İranla Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması barədə razılığa gəlib
18 sentyabr 2023, Bazar ertəsi
Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq