Pressa.az » Siyasət » Erməni deputat: Sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycandan keçəcək

Erməni deputat: Sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycandan keçəcək

08 noyabr 2023, Çərşənbə, 13:09
Erməni deputat: Sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycandan keçəcək

Bakı ilə İrəvan arasında sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycan ərazisindən keçəcək.

LiderXəbər “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevork Papoyan Yuxarı Lars yoluna alternativ marşrut üzrə danışarkən jurnalistlərə bildirib.

Papoyan deyib ki, bu marşrut Ermənistan üçün daha sərfəlidir, çünki daha qısa və rahatdır.

Deputat xatırladıb ki, həmin marşrut sovet dövründə də fəaliyyət göstərirdi, lakin sülh sazişi bağlanmadan onu işə salmaq mümkün deyil.

“Sülh sazişinə gəlincə isə, orada müharibə təhlükəsi yarada biləcək müddəalar olmamalıdır”, - deyə Papoyan əlavə edib.

Gevork Papoyan qeyd edib ki, Azərbaycanla sərhədlərin demarkasiyasının bir neçə variantı müzakirə edilir.