NATO ilə əməkdaşlıq üzrə Komissiyanın tərkibi dəyişib
Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişib.
LiderXəbər-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Prezidentin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisləri Komissiyanın üzvləri sırasına daxil edilib.
Ləğv edilmiş Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi isə üzvlər sırasından çıxarılıb.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
04 oktyabr 2023, Çərşənbə
Dövlət Xidməti: "Ermənistan Qarabağ ermənilərinin reinteqrasiyasına mane olur"
17 oktyabr 2023, Çərşənbə axşamı
Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür