MSK: Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq
Əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır.
LiderXəbər-in xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov deyib ki, şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib fevralın 7-də növbədənkənar prezident seçkilərində səs verə bilər:
“Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən və 10 il müddətinə verilir. Yeni nəsil şəxsiyyət vəsiqələrində belə problem ola bilməz. Etibarlılıq müddətinin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər. Həmin şəxslər də səs verə bilərlər”.
Oxşar Xəbərlər:
02 fevral 2024, Cümə
Səbinə Əliyeva: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM