Prezidentin köməkçisi Çinin ekologiya və ətraf mühit nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.
LiderXəbər xəbər verir ki, bu barədə Prezidentin köməkçisi "X" hesabında bildirib.
Görüşdə COP29-la bağlı məsələlər geniş müzakirə edilib.
"COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb. Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib", - deyə vurğulanıb.