Partiyalar aprelin 1-dək maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir
Siyasi partiyalar ötən il üzrə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
LiderXəbər xəbər verir ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Qeyd edək ki, bu gün YAP İdarə Heyəti 2023-cü il üzrə maliyyə hesabatının MSK-ya təqdim edilməsi barədə qərar qəbul edib.
Oxşar Xəbərlər:
02 fevral 2024, Cümə
Səbinə Əliyeva: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq