Pressa.az » Siyasət » Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

03 aprel 2024, Çərşənbə, 17:20
Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

LiderXəbər xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.