KTMT Baş katibi Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edib
Qarabağda təhlükəsizliyi təmin etmək üçün Bakının öz qüvvələri var.
LiderXəbər-in Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.
Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına toxunan KTMT baş katibi Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək üçün qüvvələrinin olduğunu söyləyib.
“Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - deyə Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.
Oxşar Xəbərlər:
13 yanvar 2024, Şənbə
Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb