Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Oxşar Xəbərlər:
16 may 2024, Cümə axşamı
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri bu gün İsveçrədə görüşəcək
19 aprel 2024, Cümə
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə edilib
15 mart 2023, Çərşənbə
İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO