Pressa.az » Siyasət » Faiq Xudayev YAP-ın deputatlığa namizədi oldu

Faiq Xudayev YAP-ın deputatlığa namizədi oldu

17 iyul 2024, Çərşənbə, 16:28
Faiq Xudayev YAP-ın deputatlığa namizədi oldu

Xəbər verdiyimiz kimi iyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin 49 saylı Abşeron ikinci dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Xudayev Faiq Allahverdi oğlu 1974-cü il, Ermənistan Əzizbəyov rayonu Gomur kəndində anadan olub

1996-cı ildə Yu­sif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı fakültəsinin “Aqranomluq” ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyə­tinə 1997-2002-ci illərdə “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başla­yıb. 2005-2008-ci illərdə ET Əkinçilik institutunda “Seleksiya və toxumçuluq” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifə­sində, 2008-2010-cu illərdə ET Əkinçilik institutunun “Bitki seleksiyası” şöbə­sində kiçik elmi işçi, 2010-2013-cü illərdə isə elmi işçi vəzifələrində çalışıb.

2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alim və Mütəxəssislər Şu­rasının sədri seçilib.

17 iyul 2023-cü il tarixindən Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayon və kəndləri üzrə rayon və kənd icmalarının yaradılması və rayon icmalarına sədr təyinatı haqqında Bakı şəhəri 38 nömrəli 14 iyul 2023-cü il tarixli əmrə əsasən 5 il müddətinə ictimai əsaslarla Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri təyin edilib.