Pressa.az » Siyasət » Nümayəndə heyətimiz BMT-nin kibercinayətkarlıqla bağlı sessiyasında çıxış etdi

Nümayəndə heyətimiz BMT-nin kibercinayətkarlıqla bağlı sessiyasında çıxış etdi

14 avqust 2024, Çərşənbə, 11:26
Nümayəndə heyətimiz BMT-nin kibercinayətkarlıqla bağlı sessiyasında çıxış etdi

BMT Baş Assambleyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə yaradılmış İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı hərtərəfli Beynəlxalq Konvensiyanın hazırlanması üzrə hökumətlərarası açıqtərkibli “Ad Hoc” Komitənin yekun sessiyası 29 iyul - 9 avqust 2024-cü il tarixlərində BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi internet saytında məlumat verilir.

Sessiyanın son iclasında BMT-yə üzv dövlətlərin nümayəndə heyətlərinin, o cümlədən tərkibinə respublikamızın aidiyyəti dövlət qurumlarının əməkdaşlarının daxil olduğu Azərbaycan nümayəndə heyətinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsi qəbul edilib.

Konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemləri vasitəsilə törədilmiş cinayətlərə qarşı mübarizə və ağır cinayətlər üzrə elektron sübut mübadiləsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi geniş tətbiq sahəsini əhatə edir.