Pressa.az » Siyasət » Vasif Talıbovla oğlu siyahıda yoxdur

Vasif Talıbovla oğlu siyahıda yoxdur

17 avqust 2024, Şənbə, 10:49
Vasif Talıbovla oğlu siyahıda yoxdur

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

Liderxeber.az-ın məlumatına görə, namizədlər siyahısında Ali Məclisin sabiq sədri Vasif Talıbovla onun oğlu Seymur Talıbovun adı yoxdur.

Seymur Talıbovun 2020-ci il seçkilərində namizədliyini irəli sürdüyü 25 saylı Naxçıvan şəhər seçki dairəsindən YAP-ın iki üzvünün namizədliyi qeydə alınıb.

Bunlar Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Məmmədova Xumar Şəmsi qızı və Mahmudov Ceyhun İlham oğludur. X.Məmmədovdan fərqli olaraq, C.Mahmudov işsizdir.