Milli Məclisin 7 deputatı İsrailə səfər edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.
Bu barədəMilli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.
Səfər martın 30-da başa çatacaq.
Oxşar Xəbərlər:
01 fevral 2023, Çərşənbə
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif olunur
17 yanvar 2023, Çərşənbə axşamı
Deputat: “Hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir”