71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə yaşı 100-dən yuxarı 2 seçici var

71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 2 nəfər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərdə səs verəcək.
Liderxeber.az-ın məlumatına görə, onlar 101 yaşlı Rüstəmova Həcər Ağasalah qızı və 101 yaşlı Zamanov Əbiş İbiş oğludur.
Seçki dairəsində 7 namizəd qeydə alınıb. Onlardan üçü partiya tərəfindən, dördü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Qeyd edək ki, 51 442 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 54 seçki məntəqəsi mövcuddur. 14 məntəqədə veb kameralar quraşdırılıb
Oxşar Xəbərlər:

18 oktyabr 2023, Çərşənbə
Ali məktəblərə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı