Pressa.az » Siyasət » Prezident İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

Prezident İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

05 sentyabr 2024, Cümə axşamı, 15:55
Prezident İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı başlayıb.

Bu barədə Liderxeber.az xəbər verir. Romanın “Quirinale” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşıladı.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.
Sonra birgə foto çəkdirildi.