Pressa.az » Siyasət » Rəsmi Bakı: "Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür"

Rəsmi Bakı: "Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür"

12 sentyabr 2024, Cümə axşamı, 10:37
Rəsmi Bakı: "Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür"

"Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan Üçtərəfli Bəyanatı təhrif edir:

"Bu da bizdə təəssüf doğurur. Üçtərəfli sənədin 9-cü bəndində kommunikasiyaların açılması ilə bağlı konkret öhdəliklər var. Əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var. Onlardan biri də İran üzərindən müvafiq kommunikasiya xətlərinin çəkilməsidir. Bu istiqamətdə müvafiq işlər gedir. Ermənistan özünütəcrid etmək siyasətini davam etdirirsə, bu, onun öz seçimidir. Bu seçim onların xeyrinə deyil".