Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır
Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, 26 sentyabr tarixində Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
18 sentyabr 2023, Bazar ertəsi
Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olmayacaq