Pressa.az » Siyasət » Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

10 oktyabr 2024, Cümə axşamı, 15:38
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb.

Liderxeber.az xəbər verir ki, saziş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.

Sənədi COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo imzalayıb.

Memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi edən Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.