Pressa.az » Siyasət » Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb

Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb

24 oktyabr 2024, Cümə axşamı, 13:17
Azərbaycan Prezidenti Kazanda Vyetnamın Baş naziri ilə fikir mübadiləsi aparıb

Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşüb.

Liderxeber.az xəbər verir ki, qeyri-rəsmi qısa söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.