Pressa.az » Siyasət » Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

11 fevral 2025, Çərşənbə axşamı, 17:13
Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

Bu barədə Liderxeber.az Somali KİV-ə istinadən xəbər verir.

"Somali Prezidenti Həsən Şeyx Mahmud Azərbaycana səfərə yola düşüb. Bu səfər Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə ölkənin nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra baş tutub. Bu, iki ölkə arasında diplomatik əlaqələrin artdığını göstərir", - məlumatda bildirilib.

Somali Baş nazirinin ofisinin nümayəndəsi Nasra Bəşir Əli “X” sosial şəbəkəsində Həsən Şeyx Mahmudun Azərbaycana uçuşdan əvvəl təyyarəyə minməsini əks etdirən videogörüntülər paylaşıb.