Pressa.az » Bir sıra seçki dairələrinin hüdudları dəyişdirilib - Yenilənib

Bir sıra seçki dairələrinin hüdudları dəyişdirilib - Yenilənib

27 iyun 2024, Cümə axşamı, 16:19
Bir sıra seçki dairələrinin hüdudları dəyişdirilib - Yenilənib

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati ərazilərində dəyişiklik edilib.

Dəyişiklikdən irəli gələrək 96, 97, 118, 119, 124 saylı seçki dairələrinin adında və hüdudlarında qismən dəyişiklik edilir.

16:03

Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi müzakirə edir. Liderxeber.az xəbər verir ki, bununla bağlı MSK-nın iclasının gündəliyində nəzərdə tutulub.

Həmçinin MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini də gündəliyə daxil edib.