“Qalatasaray” azərbaycanlı futbolçuların Superliqada legioner sayılmasını istəmir

“Qalatasaray” türk dövlətlərinin futbolçularının Türkiyə Superliqasında legioner sayılmaması ilə bağlı təşəbbüs irəli sürüb.
LiderXəbər xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət etməyə hazırlaşır.
"Sarı-qırmızılar” TFF-yə müraciətində Braziliya/Portuqaliya razılaşmasını nümunə göstərəcək. Bu iki ölkə arasında razılaşmaya görə, Braziliya və Portuqaliya vətəndaşlarından qarşılıqlı gediş-gəliş üçün viza tələb edilmir. Eyni zamanda sözügedən ölkələrin futbolçuları digərində legioner statusu da daşımır.
Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında da viza rejimi tətbiq olunmur.
Oxşar Xəbərlər:

25 yanvar 2023, Çərşənbə
850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib

02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər