Pressa.az » Cəmiyyət » "Elektron ipoteka və kredit zəmanət" sistemində ötən il 55 mindən çox vətəndaş şəxsi kabinet açıb

"Elektron ipoteka və kredit zəmanət" sistemində ötən il 55 mindən çox vətəndaş şəxsi kabinet açıb

14 mart 2025, Cümə, 16:13
"Elektron ipoteka və kredit zəmanət" sistemində ötən il 55 mindən çox vətəndaş şəxsi kabinet açıb

2024-cü ildə 55 mindən çox Azərbaycan vətəndaşı "Elektron ipoteka və kredit zəmanət" sistemində şəxsi kabinet açıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bunlardan 24,5 min vətəndaş satmaq öhdəliyi ilə kirayə müqaviləsini bağlamaq üçün müvafiq sənədləri təqdim etməklə öz müraciətini təsdiq edib.

Beləliklə, ötən il 1 871, ümumilikdə isə 6 257 satmaq öhdəliyi ilə kirayə müqaviləsi rəsmiləşdirilib.

İl ərzində satmaq öhdəliyi ilə kirayə müqaviləsini bağlamaq üçün vətəndaşlar müraciətləri "Elektron ipoteka və kredit zəmanət" sistemi ilə yanaşı, "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri vasitəsilə Fonda göndərib.