Tez-tez narahat edən boğaz ağrısı: Qan xərçənginin əlaməti ola bilər

Leykoz qan xərçəngidir və bu zaman insan tez-tez boğaz ağrılarından və ya digər infeksiyalardan, daimi qançırlardan, diş ətlərinin qanamasından və digər simptomlardan əziyyət çəkə bilər.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə rusiyalı hematoloq və onkohematoloq İrina Lukyanova Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
"Sümük iliyində kök hüceyrələr əmələ gəlir, daha sonra onlar limfoid və miyeloid leykositlərə bölünür. Birincilərdən bir neçə formada leykositlər, ikincilərdən isə T və B hüceyrələri yaranır. Bunların hamısı immun sistemin hüceyrələridir və nəticə etibarilə, leykoz zamanı əsasən bu sistem zərər görür. Nəticədə insanda tez-tez boğaz ağrısı və digər infeksiyalar müşahidə olunur", - deyə İrina Lukyanova bildirib.
Üstəlik, şişin inkişafı zamanı təkcə leykositlər deyil, həm də eritrositlər və trombositlər, yəni bütün qanyaradıcı sistemlər zədələnə bilər. Məsələn, insanda trombosit çatışmazlığı (trombositopeniya) yarana bilər ki, bu da qanın laxtalanma sisteminin pozulmasına və nəticədə burun, diş əti qanamalarına, bədəndə göyərmələrə, dəridə və selikli qişalarda tünd qırmızı səpkilərə səbəb ola bilər.
Tez-tez leykozdan əziyyət çəkən insanlar birbaşa leykozdan deyil, ağırlaşmalardan, məsələn, insult səbəbindən dünyasını dəyişir. Bu xərçəngin aşkarlanma faizi aşağıdır və xəstələrə diaqnoz qoyulana qədər onlar artıq digər səbəblərdən vəfat etmiş olurlar", - deyə həkim qeyd edib.