Pressa.az » Cəmiyyət » Gəncədə məktəblilər arasında insident - 3 nəfər xəsarət aldı

Gəncədə məktəblilər arasında insident - 3 nəfər xəsarət aldı

22 aprel 2025, Çərşənbə axşamı, 15:51
Gəncədə məktəblilər arasında insident - 3 nəfər xəsarət aldı

Gəncədə məktəblilər arasında dava-dalaş olub.

Liderxeber.az xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.