Pressa.az » Cəmiyyət » “Yeddi Gümbəz”də 29 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

“Yeddi Gümbəz”də 29 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

23 aprel 2025, Çərşənbə, 16:34
“Yeddi Gümbəz”də 29 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Şamaxıda qətl törədilib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə Şamaxı şəhərindəki “Yeddi Gümbəz” qəbiristanlığında baş verib.

1996-cı il təvəllüdlü Sevda Hidayətova orada kəsici alətlə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1984-cü il təvəllüdlü Vüsal Hidayətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.