Qubada fəhlələri cərəyan vurdu - Biri öldü, digəri xəstəxanadadır

Quba rayonunda bədbəxt hadisə baş verib.
Liderxeber.az xəbər verir ki, mayın 13-ü saat 18 radələrində Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən orada işləyənləri elektrik cərəyanı vurub.
Belə ki, paytaxt sakini Xanlar Paşayevin idarə etdiyi “Mercedes” markalı 99-BS-280 nömrə nişanlı betonqarışdıranın borusu elektrik xəttinə dəyib.
Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri - 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyevi və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.
Ə.Hüseynquliyev hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:

18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı