Pressa.az » Cəmiyyət » Sabirabadda 15 yaşlı qızı öldürüb Kürə atdılar - Sevgilisi saxlanıldı

Sabirabadda 15 yaşlı qızı öldürüb Kürə atdılar - Sevgilisi saxlanıldı

20 may 2025, Çərşənbə axşamı, 16:24
Sabirabadda 15 yaşlı qızı öldürüb Kürə atdılar - Sevgilisi saxlanıldı

Sabirabadda qətl hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 15 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti daha sonra Kür çayına atılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Güdəcühür kənd sakini 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Onun 15 yaşlı qızla bir müddətdir qeyri-rəsmi nikahda yaşadığı bildirilib.

Faktla bağlı araşdırma gedir.