Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür.
Liderxeber.az-ın məlumatına görə, bu münasibətlə qəhrəmanın doğulduğu Biləsuvar rayonunun Əliabad kəndindəda anım günü qeyd edilir, onun ailəsi və ev-muzeyi ziyarət olunur.
Anım tədbirində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, qazilər iştirak edirlər.
Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girib. Düşmən qüvvələri ilə 5 saat təkbaşına döyüşərək onu ağır itkiyə məruz qoyan Milli Qəhrəman qəhrəmancasına şəhid olub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

09 oktyabr 2024, Çərşənbə
Hadrutun işğaldan azad olunmasından dörd il ötür - "Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik"