Pressa.az » Cəmiyyət » Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşləri bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşləri bu gün Azərbaycana gətiriləcək

30 iyun 2025, Bazar ertəsi, 10:20
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşləri bu gün Azərbaycana gətiriləcək

"Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşləri bu gün Azərbaycana gətiriləcək".

Liderxeber.az xəbər verir ki, bu barədə Liderxeber.az-a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.