Pressa.az » Cəmiyyət » Həkimdən yüksək təzyiqdən əziyyət çəkən insanlara məsləhət

Həkimdən yüksək təzyiqdən əziyyət çəkən insanlara məsləhət

15 iyul 2025, Çərşənbə axşamı, 12:19
Həkimdən yüksək təzyiqdən əziyyət çəkən insanlara məsləhət

Soğan, üzüm, çay və kakaonun müntəzəm istifadəsi qan təzyiqini aşağı salmağa kömək edə bilər.

Liderxeber.az "Daily Mirror"a istinadən xəbər verir ki, bunu ürək-damar xəstəlikləri üzrə mütəxəssis, professor Kristian Heyss deyib.

Mütəxəssis izah edib ki, bitki mənşəli acı içkilər, soğan, üzüm, alma və bəzi giləmeyvələrin tərkibində yüksək konsentrasiyada flavonoidlər var. Bu bioloji aktiv maddələr qan damarlarının vəziyyətinə faydalı təsir göstərirlər. Flavonoidlər iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, damarların daxili təbəqəsi funksiyasını yaxşılaşdırır, damarların genişlənməsinə səbəb olur və nəticədə qan təzyiqini normallaşdırırlar.

"Tədqiqatlar göstərib ki, gündəlik olaraq iki-üç stəkan kakao və ya bir neçə alma, hipertoniyadan əziyyət çəkən insanlarda qan təzyiqinu bəzi dərmanların təsiri ilə müqayisə edilə bilən şəkildə azaldıb. Eyni zamanda, dərmanlardan fərqli olaraq, tərkibində flavonoidlər olan məhsullar heç bir əlavə təsir göstərməyib", - K.Heyss qeyd edib.

Professorun sözlərinə görə, müsbət təsir təkcə yüksək təzyiqi olan xəstələrdə deyil, həm də sağlam insanlarda damarların fəaliyyətinin yaxşılaşması şəklində qeyd edilib.

Buna baxmayaraq, Heyss flavonoidlərin dərman müalicəsini əvəz etmədiyini vurğulayıb. O, rasionda kiçik dəyişikliklərlə başlamağı, məsələn, deserti alma ilə əvəz etməyi və bədənin reaksiyasını müşahidə etməyi təklif edib. Gələcəkdə kakao və ya üzüm kimi flavonoidlərin digər mənbələrini də yoxlamadan keçirmək olar.