İsmayıllıda dilindən arı sancan kişi öldü - Yenilənib

Sentyabrın 2-də İsmayıllı rayon Mican kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Liderxeber.az xəbər verir ki, kənd sakini 61 yaşlı Murad Hümmətov yaşadığı evin həyətində dil nahiyəsindən arı sancması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib:
“Ötən gün saat 13:00 radələrində 1964-cü il təvəllüdlü kişi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Həkim briqadası tərəfindən onun xəstəxanayaqədər ölüm faktı qeydə alınıb”.
Oxşar Xəbərlər:

18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

28 avqust 2025, Cümə axşamı
Sabirabadda ölümlə nəticələnən avtoqəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI