Pressa.az » Cəmiyyət » Ucuz kosmetikanın arxasındakı həqiqət: Gözəllik, yoxsa xəstəlik?

Ucuz kosmetikanın arxasındakı həqiqət: Gözəllik, yoxsa xəstəlik?

07 oktyabr 2025, Çərşənbə axşamı, 12:09
Ucuz kosmetikanın arxasındakı həqiqət: Gözəllik, yoxsa xəstəlik?

Son vaxtlar sosial şəbəkələrdə və şəhər küçələrində bir-iki manata satılan kosmetik vasitələr alıcıların diqqətini çəkir.

Liderxeber.az xəbər verir ki, bu məhsulların tərkibi, istehsal və saxlama şəraiti naməlumdur. Çox zaman belə məhsullar qeydiyyatsızdır, yəni sertifikat və keyfiyyət sənədi olmadan satışa çıxarılır, bəzən qablaşdırmada istehsal tarixi belə göstərilmir.

Dermatoloq Miryusif Əliyev bildirib ki, mənşəyi bəlli olmayan, ucuz kosmetik vasitələrin istifadəsi ciddi dəri problemlərinə yol aça bilər. Onun sözlərinə görə, belə məhsullar üzdə səpgilərin, ləkələrin yaranmasına səbəb olur və bu problemlərin müalicəsi, adətən, uzun çəkir:

"Mənşəyi məlum olmayan kosmetik vasitələr dərinin qidalanmasını pozur, bərpa prosesi isə daha çox zaman alır. Buna görə də istifadə edilən kosmetik məhsulların Səhiyyə Nazirliyi tərəfindən sertifikatının olmasına diqqət edilməlidir. Kosmetikada tanınmış və etibarlı brendlərə üstünlük verilməlidir".