Pressa.az » Cəmiyyət » Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

08 oktyabr 2025, Çərşənbə, 17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Oktyabrın 11-12-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-dan etibarən həftəiçi Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.