Pressa.az » Cəmiyyət » Şamaxıda qadın güllələndi - Əri saxlanıldı

Şamaxıda qadın güllələndi - Əri saxlanıldı

06 noyabr 2025, Cümə axşamı, 09:45
Şamaxıda qadın güllələndi - Əri saxlanıldı

Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.