Pressa.az » Cəmiyyət » Goranboyda ağır yol qəzası baş verib, sürücü ölüb

Goranboyda ağır yol qəzası baş verib, sürücü ölüb

10 iyun 2024, Bazar ertəsi, 08:15
Goranboyda ağır yol qəzası baş verib, sürücü ölüb

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Liderxeber.az-ın yerli bürosunun məlumatına görə hadisə Goranboy-Tərtər magistral yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü 39 yaşlı Ə.Seyidov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.