Azərbaycanda 300-dən çox bağçada tibb bacısı vəzifəsi boşdur
Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsindən (uşaq bağçası) 1 091-də tibb bacısı fəaliyyət göstərir.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, 238 bağça 1 qruplu olduğuna görə orda tibb bacısının fəaliyyəti nəzərdə tutulmayıb.
Məlumata görə, bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant olan bağçaların sayı 339-dur.
Oxşar Xəbərlər:
05 iyul 2023, Çərşənbə
Nazirlik: 400 məktəbdə direktor olmaq üçün vakant yer var, 20-si Bakı üzrədir
11 dekabr 2023, Bazar ertəsi
Kollec təhsili olan mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək