Pressa.az » Cəmiyyət » Təhsil sənədləri indi daha əlçatandır

Təhsil sənədləri indi daha əlçatandır

11 iyun 2024, Çərşənbə axşamı, 17:19
Təhsil sənədləri indi daha əlçatandır

My.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur. Vətəndaşlar təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu oynayan bu portaldan asanlıqla və daha sürətli şəkildə əldə edə bilərlər.

Elm və Təhsil Nazirliyindən LiderXeber.az-a bildirilib ki, my.gov.az portalında vətəndaşların bütün şəxsi məlumatları əks olunur. Yaxın günlərdə vətəndaş müraciətləri üçün “Təhsil məlumatlarım” bölməsində müvafiq kateqoriyalar üzrə “Müraciət et” hissəsi aktivləşdiriləcək.