Pressa.az » Cəmiyyət » Azərbaycanlı futbolçu faciəvi şəkildə vəfat etdi - Yenilənib

Azərbaycanlı futbolçu faciəvi şəkildə vəfat etdi - Yenilənib

12 iyun 2024, Çərşənbə, 09:19
Azərbaycanlı futbolçu faciəvi şəkildə vəfat etdi - Yenilənib

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasının oyunçusu Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

Liderxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

“Sabah” FK gənc futbolçu Amid Alxasovun faciəvi şəkildə dünyasını dəyişməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir” - , paylaşımda qeyd olunub. Qeyd edək ki, A. Alxasov ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirib.

“Sabah” FK-dan saytımıza bildirilib ki, gənc oyunçu çayda boğularaq ölüb.